Pakhlava Çay evi “armudu” stəkanlarda verilən pürrəngi çay, dadlı ət və pendir qutabı, Şərq şirniyyatları və qarpız mürəbbəsi deməkdir.
Sırf kişi interyeri olan bu çay evi minimalizmin və sakitliyin hökm sürdüyü məkanların ruhunu əks etdirən dövrü xatırladır.
Burada azarkeşlik etdiyiniz komandanın qələbəsini qeyd etmək, nərd oynamaq və ya dostların əhatəsində ənənəvi qəlyandan zövq almaq olar.