Baku Café Dubai qızmar Dubayın düz mərkəzində yerləşir və açılan gündən Azərbaycan milli xörəklərindən və şirniyyatlarından həzz almaq istəyənlərin oazisinə çevrilib.
Restoran milli üslubda bəzədilib, interyerində qədim mədəniyyətimizə aid elementlər isə müasir üslub tendensiyaları ilə gözəl uzlaşır.
Burada siz özününzü bir anlıq Odlar Yurdunda hiss edəcəksiniz, möcüzəli Şərq qonaqpərvərliyi və bənzərsiz ənənələr ab-havasına baş vuracaqsınız.