Bir masa sifarişi

Sevincin üç rəngi

Şərab ağ, qırmızı və çəhrayi olur. Amma bu, şərabın sırf xarici əlamətidir. Əslində isə ağ (çəhrayi da ağ şərab hesb edilir) və qırmızı şərab arasında böyük bir uçurum var. Demək olar ki, bu, tamamilə fərqli içkilərdir. 
Onlar hər bir şeydə seçilir. 
Dad etibari ilə: ağ şərabdakı qiymətli xüsusiyyətlər əksər hallarda qırmızı şərabda qəbul edilməzdir. Və əksinə.  
Onlar istehsal texnologiyası ilə fərqlənirlər. Üzüm dərilən andan onun butulkalara süzüldüyünə qədər ağ və qırmızı şərab tam fərqli texnoloji emaldan keçirlər. Onlar hətta məhsulun yığımına başlamzadan əvvəl texnoloji cəhətdən fərqlənirlər. Ağ və qırmızı şərab üçün üzüm fərqli-fərqli yetişdirilir. Baxmayaraq ki, üzümün növü bəzən eyni olur. 
Ağ şərab ağ şanıdan, qırmızı – qara şanıdan, çəhrayi isə onların qarışığından istehsal olunur deyə düşünənlər səhv edirlər. Bu əsla belə deyil. Ağ şərab əsasən qara şanıdan, qırmızı şərab isə bəzən ağ şanıdan istehsal olunur. Və eyni növ üzüm həm ağ, həm də qırmızı şəraba eyni şöhrət gətirir. Məsələn, Don Perinyon ağ və burqundiyanın qırmızı şərabı öz dadı və şöhrətinə görə Pino Nuar qara şanıya borcludur.