Bir masa sifarişi

Trendlər

Sevincin üç rəngi
Şərab ağ, qırmızı və çəhrayi olur. Amma bu, şərabın sırf xarici əlamətidir. Əslində isə ağ (çəhrayi da ağ şərab hesb edilir) və qırmızı şərab arasında böyük bir uçurum var. Demək olar ki, bu, tamamilə fərqli içkilərdir. Onlar hər bir şeydə seçilir. Dad etibari ilə: ağ şərabdakı qiymətli xüsusiyyətlər əksər hallarda qırmızı şərabda qəbul edilməzdir. Və əksinə.  Onlar istehsal texnologiyası ilə fərqlənirlər. Üzüm dərilən andan onun butulkalara süzüldüyünə qədər ağ və qırmızı şərab tam fərqli texnoloji emaldan keçirlər. Onlar hətta məhsulun yığımına başlamzadan əvvəl texnoloji cəhətdən fərqlənirlər. Ağ və qırmızı şərab üçün üzüm fərqli-fərqli yetişdirilir. Baxmayaraq ki, üzümün növü bəzən eyni olur. Ağ şərab ağ şanıdan, qırmızı – qara şanıdan, çəhrayi isə onların qarışığından istehsal olunur deyə düşünənlər səhv edi...
Şampan şərabı: istifadə qaydaları
Şampan şərabı: istifadə qaydaları Şampan şərabını sevgililər münasibətlərin ilkin çağlarında, uğurlu insanlar və…digəriləri – Yeni il gecəsində içirlər. Şampan şərabının vətəni fransanın Şampan əyalətidir. Burada bu gözəl içki hələ eramızdan əvvəl üçüncü əsrdən tanınmışdır. Şampanın hazırlanma qaydası həddindən artıq çətindir. Və öz Yeni il masanız üçün hansı şərabdan almaq lazım olduğunu bilmək üçün aşağıdakı qaydalardan istifadə etməyi tövsiyə edirik. Şampan növləri şəkərin miqdarı ilə seçilir:Extra-brut və ya Ultra-brut – 1 litrə 6 q şəkər, Brut – 1 litrə 15 q-dan az şəkər,
Extra-dry – 1 litrə 12–20 q şəkər, Sec – 1 litrə 17–35 q şəkər, Demi-sec – 1 litrə 33–55 q şəkər, Doux – 1 litrə 50 q-dan artıq şəkər. Köpüyü az və «oynaqlığı» uzunsürən olan şampan daha keyfiyyətli və daha dadlı olur. Şampan şərabı il...
Pivə haqqında bilmədikləriniz 10 amil
1. Bəbildə 4000 il bundan əvvəl bir ənənə mövcud idi. Qız atası toydan sonra bir ay ərzində kürəkəninə ballı pivə içirdərdi. Məhz buna görə toydan sonrakı ay "bal ayı" adlanırdı. 2. Termometrlərin ixtirasından əvvəl pivə bişirənlər hazırlanma zamanı pivənin içinə mayanın əlavə olunması üçün öz baş barmaqlarını salıb istilik dərəcəsini öyrənirdilər. Çox soyuq olsa – mayanın faydası olmayacaq. Həddindən artıq isti olsa – maya məhv ola bilər. Məhz bundan sonra "baş barmaq qaydası" anlamı ortaya gəldi. 3. 2000 il eramızdan əvvəl Assuriya yazıları iddia edir ki, Nuhun gəmisində pivə saxlanılırdı. 4. "Aul" və ya "el" adlı kəhraba rəngli içkidən bir-iki vedrə içəndən sonra vikinglər böyük cəsarətlə və fədakarcasına özlərini hətta köynəksiz belə döyüşə atırdılar. Faktiki olaraq "berserker" termini qədim skandinaviya dilində "köynəksiz" deməkdir və nəti...
Balzamik sirkə haqqında 5 sual
Niyə balzamik?Balzamik sirkə öz adını hələ intibah dövründə alıb. Onu boğaz ağrılarıları zamanı balzam kimi istifadə edirdilər. Və ağrı dərhal keçirdi. Niyə? Çünki balzamik əla antiseptikdir. Onun müalicəvi xüsusiyyətləri o qədər güclü və möcüzəli idi ki, onu orta əsirlərdə hətta tauna qarşı da istifadə edirdilər. Məşhur Kazanova isə sevgi macaralarından öncə onu istridyə üzərinə damcıldıyırdı.  Saxta balzamiki əsl balzamikdən necə seçmək olar?Əsl balzamik qatran kimi qapqara, zeytun yağından qatı və üzərində mütləq şəkildə traditionales yazısı olan 100 ml butulkalarda olur. Yaxşı balzamik sirkə baha olur – bunu bilin. Lakin, hətta ucuz saxta balzamiklər arasında uyğununu tapmaq mümkündür. Bəs niyə balzamik bu qədər baha olur?Balzamik sirkəsini hazırlamaq üçün küllü miqdarda bişirilmiş üzüm siropu və 12 il özünü tutma vaxtı tələb olunur. Vaxt isə puldur. ...
Balzamikin sirri
Yaxşı balzamik sirkə göyrüş, albalı, şabalıd, palıd və ya tut çəlləklərində 50 il yetişir. Təmiz üzüm şirəsindən çəkilmiş tünd və qatı turş-şirin sirop Pesto sousu kimi İtaliyanın qürur  mənbəyidir.Əslində balzamik tam olaraq sirkə deyil. Əgər sirkə qıcqırmış şərabdırsa, balzamik əvvəlcədən içinə bir qədər üzüm sirkəsi qatılmış və illərlə taxta çəlləkdə saxlanılan təzə üzümün qaynadılmış şirəsidir. Lakin, balzamik sirkənin bir sirri var: hər istehlakçı sousun içinə öz unikal ədviyyat qarışığını qatır. Balzamikin minimal yetişmə müddəti 5 ildir. İsti yay aylarında yetişmə prosesi tez gedir, soyuq qış aylarında isə dayanır. Və illər keçdikcə əridilmiş şokolad kimi qatı və ədviyyat dadlı bir maye yaranır. Balzamik salatlar və dəniz məhsulları, ət, pendir və hətta desertlər ilə əla uyğunlaşır. Balzamik sirkə yalnız hazır yeməklərə cəmi...