Bir masa sifarişi

Shore House


Restoranın ünvanı

Nardaran kəndi


Əlaqə nömrəsi

+994 12 310 22 22


İş vaxtı

08:00 - 02:00


Mətbəxlər və yeməklər

Azərbaycan və Avropa mətbəxlər


Rəy bildirin

Rəyinizi yazın


Shore House restoranı – ahənqdar, ideal rahatlaşdırıcı və dost şəraiti yaradan məkandır. Burada həm ruh, həm də bədəninizin istirahəti ilə yanaşı, ləzzətli yeməklərdən həzz ala bilərsiniz. Bu, əlbəttə ki, Shore House restoranın ən üstün və müsbət cəhətlərindən biridir. Restoranın əsas zalı – geniş və günəş şüaları ilə işıqlandırılan məkandır: yumşaq və rahat divanlar, taxtadan hazırlanmış geniş masalar, iri panoramalı pəncərələr və dəniz mənzərəsinə açılan ecaskar görüntü. Yay mövsümünün gəlişi ilə Shore House qonaqları üçün möhtəşəm yay terrasını açır. Ətrafda hər bir şey rahat və sakit ailəvi və ya dostlarınızla qastronomik istirahət üçün yaradılıb. Cənubi Avropa və Azərbaycan mətbəxinin ənənəvi reseptlərindən ilhamlanaraq, Shore House aşpazları sakit dəniz ləpədöyəni sədaları altında hər dəfə qonaqları təkrarolunmaz qastronomik səyahətlərə göndərirlər. Bir sözlə, Shore House restoranı – Bakıdan çox uzağa getmədən şəhərkanarı istirahət ab-havasını yaşamaq imkanını yaradır.

Biz sosial şəbəkələrdə