Bir masa sifarişi

M'EAT


Restoranın ünvanı

Səməd Vurğun küçəsi, 25


Əlaqə nömrəsi

+994 12 310 19 19


İş vaxtı

12:00 - 00:00


Mətbəxlər və yeməklər

Avropa mətbəxi


Rəy bildirin

Rəyinizi yazın


Köhnə ət anbarını təsəvvür edə bilərsinizmi? Kifayət qədər əzəmətli, bir qədər nimdaş, eyni zamanda qlamurdan uzaq olan bir yer. Emal olunmamış ağac ətri, zamandan öz ilkin parıltısını itirən çılçıraqlar, tavandan asılan polad qarmaqların üzərinə düşən şüalar. Təsəvvür edə bildiniz? İndi isə bordo rəngli dəri divanlar, köhnəldilmiş ağacdan hazırlanan masalar, hamarlanmış taxtadan bar masası və hündür stullar, ən əsası isə – hər bir qurmanı razı sala bilən ət menyusu. 
Bu məkanda təklif olunan ləzzətli, ətirli və əla qızardılmış ət yeməkləri «ət çox olmur» kalamını əyani olaraq sübut edir. Buraya gələn hər bir qonaq iri şüşəli soyuducudan özünə istənilən ət tikəsini seçə və həmin steykin açıq mətbəxdə hazırlanmasına seyr edə bilər. Ləzzətli, əla qızardılmış və gözəl ətri olan steyk. Bizim somelye isə həmin steykin mükəmməl dadını vurğulayan ABŞ-dan gətirilən əla növ şərab seçməyə kömək edəcək. 

Biz sosial şəbəkələrdə