Bir masa sifarişi

Café del Mar


Restoranın ünvanı

Nardaran kəndi


Əlaqə nömrəsi

+994 12 310 22 22


İş vaxtı

10:00 - 21:00


Mətbəxlər və yeməklər

Avropa mətbəxi


Rəy bildirin

Rəyinizi yazın


Bu yay bizi dəyişkən havası ilə yanaşı yenilikləri ilə də təəccübləndirir! İndi Xəzərin sahilində alovlandıran İbitsanın bir parçası var!
Xüsusi sevinclə bu yayın yeniliyi ilə bölüşürük: "Sea Breeze Baku" istirahət mərkəzində artıq əfsanəvi "Cafe Del Mar" öz işinə başlayıb! Bu kafenin özəlliyi inanılmaz dərəcədə gözəl günbatanında və dalğalı dənizin ritmində vuran unudulmaz mənzərəyə uyğun musiqisindədir. Təsəvvürünüzə bir gətirin: kafedə əyləşib, ləzzətli müəllif kokteylindən yavaş-yavaş içirsiniz, dənizdən sərin külək əsir və siz odlu kürənin üfüqdən qeyb olunduğunu seyr edirsiniz. Hər axşam yeni, tam fərqli bir günbatan mənzərəsi!
İlk dəfə "Dənizkanarı kafe" 1980-ci ildə açılmışdır. Bu kiçik bir cənnət məkanının açılışı dünyaya 17-ə yaxın ecaskar musiqi albomu bəxş edib və əsl rahat həyat tərzinin simvoluna çevrilib.
İsti yay günlərindən düzgün məkanda zövq almağınız üçün sizi "Sea Breeze Baku" istirahət mərkəzinə dəvət edirik!

Biz sosial şəbəkələrdə