Bir masa sifarişi

Bomba


Tədbirin ünvanı

Opera və Balet Teatrı


Biletlərin qiyməti

AZN


Tədbirin keçirilmə tarixi

11 February 2017


Əlaqə nömrəsi


Satış nöqtələri


Tədbirin keçirilmə vaxtı

19:00 - 22:00


Son illər Azərbaycanda sosial şəbəkələrin çox məşhurlaşdığının və ənənəvi media qurumlarını bazardan, demək olar ki, sıxışdırıb çıxardığının şahidiyik. Sosial şəbəkələr ünsiyyət platformasından daha çox məlumat mənbəyi, paylaşımı, istedad və bacarıqların nümayişi və gündəmin müzakirəsi meydanına çevrilib. Bununla bağlı son 1 ildə Facebook, Twitter və Instagram-da saysız-hesabsız maraqlı "mövzular" meydana gəlib, onların qəhrəmanları böyük kütlənin diqqətini cəlb edə bilib. Ölkəmizdə medianın və kütləvi informasiyanın əsas hissəsinin sosial şəbəkələrdən ibarət olmasını və son illər ən maraqlı layihələrin, demək olar ki, İnternet vasitəsilə işıqlandırılmasını, bir sözlə, insanların əsasən sosial şəbəkələrdə "partlatmasını" nəzərə alaraq "Sosisal Şəbəkə Mükafatı"ı təsis edilmişdir və mükafatla layihənin adı "Bomba" təyin edilmişdir. 2016-cı ildə sosial şəbəkələrdə öz statusu və ya videosu ilə, hansısa layihəsi və ya "caps"i ilə və s. "partladanları", müzakirə mövzusu olanların mükafata layiq olduğunu qiymətləndirərək mükafatlandırdıq. İlin ən güclüləri "Bomba" Akademiyasının münsif heyəti tərəfindən dəyərləndirildi və təltif olundu. Layihə hərtərəfli media vasitəsilə, tədbirin özü isə KİV tərəfindən geniş işıqlandırıldı. Tədbir 11 fevral Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirildi. Mükafatlandırma mərasiminə dəvət alan bütün nominantlar və qonaqlar burada hökm sürən dost və səmimi ab-hava şəraitində ünsiyyət qurdular, gündəmi müzakirə etdilər və xoş bir axşam yaşadılar. Tədbirin aparıcıları bu gözəl təşəbbüsə qatılıb zalda əyləşənləri adi rəsmi tədbir keçirilməsindən vaz keçərək tam səmimi dostcasına təltif olunanları bir-bir səhnəyə dəvət edib, onları təbrik etdilər. Hamı bir nəfər kimi təltif olunanların sevincinə şərik oldular və gözəl əhval ilə tədbiri tərk etdilər. Ümidvarıq ki, "Bomba" mükafatı ənənəvi olacaq!

Artist sosial şəbəkələrdə