en az ru
Restoranlar
10
il biznes
sahəsində
2000+
artıq
qonaq
200K
izləyici
Restoranlar haqqında ümumi məlumat

Beat Group restoranlar şəbəkəsi gördüyü işə vurğun olan böyük və mehriban ailədir. Şəbəkəmizə daxil olan restoranlar üslub və atmosfer ilə seçilir, lakin onları birləşdirən rahatlıq, qonaqpərvərlik və ustalıqla hazırlanan yeməklərdir.

Biz qonaqlarımızın bütün istəklərini həyata keçirməyi bacarırıq.

Beerbaşa

Əgər indiyədək Bakının heç bir pivə restoranı tələblərinizə cavab verməyib, deməli, siz Beerbaşa-da olmamısınız. Sizə elə buradaca hazırladığımız pivəmizdən təklif etməyə məmnunuq.

Qəlyanaltılar müxtəlifliyi, böyük porsiyalar və səmimi münasibət bir parç tünd və ya açıq pivə ilə dostların əhatəsində keçirilən axşamın ideal formuludur.

ƏLAQƏ

8А Parlament prospekti
+994 12 310 29 29
beerbasha@beat.az 

M'EAT

M'EAT restoranı detalların və zövqün mükəmməllyi deməkdir. Biz qonaqlarımızı tək ləziz ət xörəkləri ilə deyil, həm də bənzərsiz şəraitlə sevindirməyə çalışırıq.

Zövqlə seçilmiş təbii bəzək materialları, indicə bişirilmiş ləzizlərin ətri, açıq mətbəx konsepsiyası — bunların hamısı o deməkdir ki, bizdə keçirdiyiniz axşam arzularınıza və tələblərinizə uyğun olacaq.

ƏLAQƏ

25 Səməd Vurğun küçəsi
+994 12 310 19 19
meat@beat.az 

Sumakh

Sumakh restoranını fərqləndirən cəhət odur ki, hər bir xörəkdə ənənəvi Azərbaycan mətbəxinin yeməyində mövcud olan ədviyyat və ətirliklər birləşir. Zalın tərtibatı Azərbaycan xalçaları və milli ornamentli qablar, armudu və saxsı abajurlar sayəsində milli koloriti əks etdirir.

Menyuda manqalda bişirilmiş ləzzətli kabab, şah plov, dolma və s. İştahaçan səslənir? Gəlin, dadın.

ƏLAQƏ

20/22 Xojalı prospekti
+994 12 480 21 12
sumakh@beat.az 

Baku Café

Şübhəsiz ki, Baku Café şəhərimizin ən atmosferli yerlərdən biridir. Burada yemək hazırlama qaydaları müəllif mətbəxi ilə mükəmməl birləşərək özündə mövcud olan dadların müxtəlif çalarlarını cəmləşdirir.

Əminik ki, Baku Café sevimli görüş yeriniz olacaq, biz isə öz növbəmizdə istənilən tədbirinizə məsuliyyət və sevgi ilə yanaşacarıq.

ƏLAQƏ

Neftçilər prospekti 153 
+994 12 310 08 08
bakucafe@beat.az

Baku Café Dubai

Baku Café Dubai qızmar Dubayın düz mərkəzində yerləşir və açılan gündən Azərbaycan milli xörəklərindən və şirniyyatlarından həzz almaq istəyənlərin oazisinə çevrilib.

Restoran milli üslubda bəzədilib, interyerində qədim mədəniyyətimizə aid elementlər isə müasir üslub tendensiyaları ilə gözəl uzlaşır.

Burada siz özününzü bir anlıq Odlar Yurdunda hiss edəcəksiniz, möcüzəli Şərq qonaqpərvərliyi və bənzərsiz ənənələr ab-havasına baş vuracaqsınız.

ƏLAQƏ

Al Safa küçəsi 39, City Walk, Dubai
+971 42 99 90 81
bakucafedubai@beat.az

Pakhlava

Pakhlava çay evi "armudu" stəkanlarda verilən pürrəngi çay, dadlı ət və pendir qutabı, Şərq şirniyyatları və qarpız mürəbbəsi deməkdir.

Sırf kişi interyeri olan bu çay evi minimalizmin və sakitliyin hökm sürdüyü məkanların ruhunu əks etdirən dövrü xatırladır.

Burada azarkeşlik etdiyiniz komandanın qələbəsini qeyd etmək, nərd oynamaq və ya dostların əhatəsində ənənəvi qəlyandan zövq almaq olar.

ƏLAQƏ

Xojalı prospekti 14
+994 12 480 32 23
pakhlava@beat.az

Nakhchivan

Nakhсhivan restoranın ab-havası milli mətbəximizin motivlərini vurğulayır və xüsusi əhvali-ruhiyyə yaradır. Menyumuzdakı təkrarolunmaz dada malik yeməklərimiz yalnız təbii məhsullardan və ənənəvi bişirilmə qaydalarına əsasən hazırlanır.

Burada sizi hər zaman gülərüzlə qarşılayacaqlar, diqqət və qayğı ilə əhatə edəcəklər ki, özünüzü evdəki kimi hiss edəsiniz!

ƏLAQƏ

Parlament prospekti 8A 
+994 12 480 85 85
nakhchivan@beat.az

Tədbirlər
100+
məşhur
tədbir
1500+
könüllünün
qatılması
200
tərəfdaş
Tədbirlər haqqında ümumi məlumat

Beat Group dünya səviyyəli şou təqdim edir. Parlaq ifaçıların konsert proqramları, sevimli sənətkarların avtoqraf-sessiyaları, əyləncə gecələri və artıq üç ildir ki, Xəzərin sahilində keçirilən, bütün qonaqların və iştirakçıların sevgisini qazanan Zhara musiqi festivalı.

ZHARA

Zhara hər yay Bakıda, Xəzər dənizi sahilində keçirilən Beynəlxalq musiqi festivalıdır. Dörd gün qürub rənglərinə boyanmış unudulmaz ulduzlu gecələr və tədbirlər, konsertə gələn on minlərlə və milyonlarla televiziya tamaşaçısı.

Festival bir dəfəyə 10.000 tamaşaçı yerləşdirir. Xüsusi olaraq festival üçün düz dəniz qırağında ölçüsü təəccübləndirən və müxtəlif video-instalyasiya qurğuları ilə təchiz olunmuş səhnə qurulur.

 

Zima

17 dekabr 2016-cı il tarixində Heydər Əliyev Sarayında ZİMA uşaq musiqi festivalı keçdi. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutdu.

Finala keçən 22 iştirakçı festivalın xatirə diplomları ilə təltif olundu, Nəzrin Əsədova isə Parisin Disneylandinə vəsiqə qazandı.

Nikolay Baskov

15 oktyabr 2017-ci ildə Baku Crystal Hall-un səhnəsində Rusiyanın xalq artisti Nikolay Baskovun "İqra" adlı möhtəşəm şousu keçirildi. Bu şou həmin gün 41 yaşı tamam olan müğənninin doğum gününə həsr olunmuşdur.

Tamaşaçıları ən yaxşı mahnılar, miqyaslı konsert performansı, möhtəşəm dekorasiyalar və artistin inanılmaz səhnə kostyumları gözləyirdi.

Filipp Kirkorov

Hamının sevimlisi, Rusiya səhnəsinin parlaq nümayəndəsi Filip Kirkorov Azərbaycan paytaxtında "Ya" adlı unikal konsert proqramı ilə çıxış etdi.

Dünya turunu yekunlaşdırlan bu şou Rusiyanın Xalq artistinin 50 illik yubileyinə həsr edilmişdir. Konsert müğənninin Bakıdakı pərəstişkarlarıda ən parlaq təəssüratlar yaratdı və gurultulu alqışlarla qarşılandı.

EMIN H. Əliyev Sarayıda

20 dekabr 2015-ci il tarixində Heydər Əliyev Sarayı səhnəsində orkestr və musiqi qrupun müşayiəti ilə tamaşaçıların sevimlisi müğənni EMİN-in solo konserti baş tutdu. Artist tamaşaçılara yeni albomundan bütün kompozisiyaları və tanınmış hitləri təqdim etdi.

EMIN-in hər konserti çox səmimi və xoş atmosferdə keçir, konsertə gələn tamaşaçılar isə artisti səhnədən buraxmaq istəmir.  

EMIN Yaşıl teatrda

EMIN-in növbəti 16 iyul 2015-ci il tarixində Yaşıl teatr səhnəsindəki konserti böyük müvəffəqiyyətlə keçdi. Konserti məşhur avstraliyalı müğənni Charles Yilliams açdı.

Artistin təqdim etdiyi proqrama yeni və artıq tanınan və sevilən hitlər daxil edilmişdi. EMIN-in çıxışları hər zaman tamaşaçılar tərəfindən isti qarşılanır və gurultulu alqışlarla müşayiət olunur.

Proyektlər
45
müvəffəqiyyətli
layihələr
30
xeyriyyə
layihəsi
1000+
iştirakçı
Layihələr haqda ümumi məlumat

Beat Group layihələri musiqi, dizayn, kino və digər sənət növləri sahəsində parlaq və yaradıcı ideyaların yaradılması və tətbiqi deməkdir.

Biz konsert, art-sərgi və ya Beynəlxalq festivallar kimi istənilən format və miqyasda tədbirlər təşkil edirik

AVTO FM

AVTO FM 107.7 FM tezliyində yayımlanan musiqi radiostansiyasıdır. Canlı efir hər zaman müxtəlif proqramlar, maraqlı yarışmalar, yerli və xarici hitlərlə və şəhərin yollarında vəziyyət haqqında xəbərlərlə zəngindir.

AVTO FM tək avtomobil həvəskarları üçün deyil, həm də keyfiyyətli musiqini dəyərləndirən radio dinləyicilər üçündür.

ƏLAQƏ

Səməd Vurğun küçəsi 25
+994 12 310 00 15
avtofm@beat.az

Gazeta

Gazeta Beat Group-un qastronomiyaya həsr olunmuş ən parlaq layihələrindən biridir. Jurnal həmçinin kino, musiqi və incəsənət aləminin yenilikləri ilə oxucuları tanış edir.

Gazeta populyar artistləri və onların yeni işləri, kulinariya və müəllif reseptlər haqda yeni məlumatla bölüşür. Bu canlı praktik jurnalın əsas ilham pərisi qidadır.

Eggs Go Deli

Eggs Go Deli Novruz bayramına həsr olunmuş xeyriyyə aksiyasıdır. 25 istedadlı rəssam 1.50 metr hündürlüyü olan bayram yumurtaların boyayaraq, onları rəsm əsərlərinə çevirdi.

Hazır işlər hərraca çıxarıldı və toplanan bütün vəsait Həyat fonduna köçürüldü.

Keyterinq
500
sifarişdən
çox
90%
müştəri
məmnunluğu
200+
işçi
Keyterinq haqda ümumi məlumat

Biz sizə lazım olan hər yerdə keyterinq xidmətləri göstərir və sizə lazım olan xidmət səviyyəsini təklif etməyə hazırıq.

Xatırladaq ki, qida keyfiyyəti istənilən tədbirin son dərəcə mühüm və məsuliyyətli təşkilati elementidir.

Keyterinq

Beat Catering əsasən 200-dən çox təcrübəli aşpazı, ofisiantı, meneceri və koordinatorları olan xidmət və iaşə sahəsində peşəkarlar komandasıdırKeyterinq tədbiri təşkil edərkən vaxt sərf etməmək üçün bir fürsətdir.

Beat Catering şirkətinə güvənərək tədbirinizi fərdi yanaşma və yüksək səviyyəli xidmət təmin edən uzun illər təcrübəsi olan peşəkarlara etibar etmiş olursunuz.

ƏLAQƏ

Səməd Vurğun küçəsi 25
+994 12 480 28 00
info@beat.az

Vakansiyalar
500
işçi
25
yaradıcı
insan
5000
CV ildə
Vakansiyalar haqqında ümumi məlumat

Beat Group heç də asan iş yeri deyil. Biz işçilərimizin peşəkarlığına və insani keyfiyyətlərinə ən ciddi tələblər irəli sürürük.

Üstəlik, biz ən yaxşı komandaya, maraqlı layihələrə, həlli çətin olan məqsədlərə çatırıq və qlobal perspektivlərə sahibik.

Bizimlə işləmək istəyirsinizsə CV-nizi job@beat.az ünvanına göndərin.

Əlaqə

Ünvan: Səməd Vurğun küçəsi 25

Telefon: +994 12 480 28 00

Email: info@beat.az

BeatGroup © 2018
gs-logo